Əlillər də avtobusa minəcək

25 İyul 2013 21:25 (UTC+04:00)

Bakıda əlillərin şəhərdaxili marşrutlardan istifadə etməsi mümkün olacaq. Lent.az-ın verdiyi məlumata görə, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti əlil arabası istifadəçilərinin daşınması üçün uyğunlaşdırılmış avtobus və taksilərin alınması barədə daşıyıcılarla danışıqlar aparır.


Gələcəkdə əlillərin şəhər nəqliyyatının xidmətlərindən istifadə etmələrinin yaxşılaşdırılması məqsədi ilə müvafiq avadanlıqlarla təchiz edilmiş avtobusların gətirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, Bakı şəhərində taksi fəaliyyəti göstərən "TX-4 London" markalı minik avtomobilləri əlil arabası istifadəçiləri üçün uyğunlaşdırılıb. Bakı şəhərində şəhərdaxili marşrutlarda istismar olunan avtobuslarda isə istehsalçı zavod tərəfindən əlil arabalarından istifadə edilməsi üçün avadanlıq quraşdırılması nəzərdə tutulmayıb.