Ermənilər Tovuzun Dondar Quşçu kəndini atəşə tutub

13 İyul 2020 23:00 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.

Mövqe.az-ın məlumatına görə, atəş nəticəsində sakinlərə maddi ziyan dəyib. 

Qeyd edək ki, hərbçilərimiz tərəfindən düşmənin bütün təxribatlarının qarşısı alınıb.