Bakıda 72 yaşlı qadın özünü bıçaqlayıb

25 İyul 2013 18:52 (UTC+04:00)

Suraxanı rayon Polis İdarəsindən Mövqe.az-a verilən məlumata görə, hadisə rayonun Xanlar Ələkbərov küçəsi, 104 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1941-ci il təvəllüdlü Səmayə Hacıyeva bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib. O, intihar məqsədi ilə özünü bıçaqladığını bildirib. Qadının vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.