Fuat Oktay: Hər zaman səninləyik Azərbaycan

14 İyul 2020 09:37 (UTC+04:00)
Türkiyənin Vitse-prezidenti Fuat Oktay rəsmi "Twitter" hesabında Azərbaycanla bağlı paylaşım edib. Mövqe.az-ın məlumatına görə, paylaşımda qeyd edilir: "Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan".