Bakıda eyvandan yıxılan qadın xəstəxanada öldü

14 İyul 2020 09:50 (UTC+04:00)
Bakıda ölüm hadisəsi baş verib. Mövqe.az-ın xəbərinə görə, hadisə iyulun 10-u gecə saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb. Belə ki, 1936-cı il təvəllüdlü R.Hüseynova yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb. Daha sonra o, bud və çanaq sümüyünün sınığı ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq, R.Hüseynova iyulun 13-ü saat 11 radələrində xəstəxanada ölüb. Araşdırmalar aparılır.