“Semaşko”nun koronavirusa yoluxan həkiminin durumu açıqlanıb

14 İyul 2020 10:08 (UTC+04:00)
Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yabuqovun durumu ilə bağlı məlumat yayıb. Mərkəzdən verilən məlumata görə, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub. Bildirilib ki, iyunun 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: "Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir".