Qırğızıstanın Xarici işlər naziri koronavirusa yoluxub

14 İyul 2020 10:25 (UTC+04:00)

Qırğızıstanın Xarici işlər naziri Çingiz Aydarbekov koronavirusa yoluxub.

Mövqe.az APA-ya istinadən xəbər verir ki, bu barədə nazir özünün "Facebook" səhifəsində məlumat verib.

Nazir qeyd edib ki, immun sistemi 11 günlük temperatura qarşı mübarizə aparıb: "Allahın köməyi ilə bərpa baş verdi, çünki vaxt yoxdur, iş isə çoxdur".