Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

14 İyul 2020 11:27 (UTC+04:00)
Bakıda itkin düşən qadın tapılıb. Mövqe.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Salatın Qaryağdılı iyunun 10-da evdən çıxıb və bir daha geri qayıtmayib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qadın iyulun 10-da Türkiyəyə gedib.