Ermənistan yenidən Dondar Quşçu kəndini atəşə tutub (FOTO)

14 İyul 2020 11:33 (UTC+04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Trend-in məlumatına görə, Ermənistan Silahlı Qüvvələri yenidən yaşayış evini hədəf alıb. Atəşlər nəticəsində Dondar Quşçu kəndində yerləşən ev yararsız vəziyyətə düşüb. Kənd sakinlərinə heç bir ziyan dəyməyib.