AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb

14 İyul 2020 13:55 (UTC+04:00)
AFFA-nın texniki direktoru Bernhard Lippertin müqaviləsi iyunun 30-da başa çatıb. Almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb. AZƏRTAC xəbər verir ki, texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın kütləvi futbol departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub. AFFA rəhbərliyi B.Lippertə gələcək karyerasında uğurlar arzulayıb.