Hakerlərimiz 30 erməni saytını dağıtdılar - Video

14 İyul 2020 17:57 (UTC+04:00)

Azərbaycan hakerləri 30-a yaxın erməni saytını sındırıblar.

Mövqe.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Reyncer 13” haker qrupunun sosial şəbəkə hesabından qeyd edilib.

Dağıdılan veb resurslar arasında Ermənistanın həm dövlət qurumlarının, həm də bir sıra şirkətlərin rəsmi saytları var.

Sözügedən saytlara Azərbaycanla bağlı lozunqlar yerləşdirilib.