Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxdu, 510 nəfər sağaldı, 6 nəfər öldü

14 İyul 2020 21:20 (UTC+04:00)
Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib. İndiyədək ölkədə ümumilikdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8 644 xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 217, ötən müddət ərzində isə ümumilikdə 584 466 test aparılıb.