MN: Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi

14 İyul 2020 21:10 (UTC+04:00)
Tovuz rayonu istiqamətində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi atəşə məruz qoyan Ermənistan silahlı qüvvələri bölmələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.