Alişan şəhid general haqda: Necə böyük idin!

15 İyul 2020 12:35 (UTC+04:00)

Türkiyəli müğənni Alişan Tovuzda erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov haqda paylaşım edib.

Mövqe.az xəbər verir ki, müğənni yazıb:

“Necə də böyük insan idin, necə gözəl ürəyə sahib imişsən. Məkanın cənnət olsun #PoladHasimov”.

Müğənni eyni zamanda, Tovuzda baş verən döyüşlərdə şəhid olan hərbçilərimizi rəhmətlə anıb:

“Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan”.