Azərbaycanda sərt karantin rejimi uzadılacaq?

15 İyul 2020 14:50 (UTC+04:00)

İyulun 20-dən sonra sərt karantin rejiminin yumşaldılması ilə bağlı hər hansı məlumat yoxdur.

Mövqe.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sərt karantin rejiminin uzadılmasından danışarkən deyib:

"Hələlik bir şey deyə bilmərəm. Olanda məlumat veriləcək".

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah iyul ayının 20-nə kimi ölkədə sərt karantin rejiminin uzadılması haqda qərar verib.