Panika yaradan "erməni"nin adı məlum oldu - Video

15 İyul 2020 15:11 (UTC+04:00)

Dünən insanlar arasında təla-təşviş yaratmağa çalışan şəxsin kimliyi ilə bağlı maraqlı yeniliklər var. Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli Feysbukda status yazaraq həmin şəxsin kimliyinə dair fikir bildirib.

Axar.az Musavat.com-a istinadla F.Kərimlinin həmin statusunu təqdim edir:

"Sosial şəbəkələrdə "812-ci diviziyamızı vurdurdular, əsgərlər qırıldı" deyə təxribat yayan Almaniyada yaşayan, iki ildir bir sürü özü kimilərlə Müsavat Partiyasına böhtan atan Rəşad Məmmədov adlı bu məxluqdur.

Bəzilərinin də "Müsavat mühacir alveri edir" kimi böhtandan ibarət olan təbliğatı, bax, bu cür murdar adamların böhtanıyla başlamışdı.

Bu adamlar Rusiyanın agentura şəbəkəsinə daxildir və bunlarla birlikdə olanlar da ən azı şübhə altına alınmalıdır".

F.Kərimli R.Məmmədovun şəklini də paylaşıb.

Qeyd edək ki, adı çəkilən şəxsin erməni olub-olmamasından asılı olmayaraq, birmənalı şəkildə demək olar ki, onun etdiyi düşmən hərəkətidir, xalqımıza, ordumuza qarşıdır.

Müqayisə üçün videonu yenidən paylaşırıq.