Baş nazirdən "Yanar dağ"la bağlı fərman

15 İyul 2020 20:07 (UTC+04:00)

Nazirlər Kabineti “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritənin təsdiq edilməsi və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 227 nömrəli qərara dəyişiklik edib.

Mövqe.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilib.

Xəritədə qoruğun ərazisinə daxil edilmiş qeyri-dövlət mülkiyyətində olan torpaqların mülkiyyətçilərin razılığı ilə Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş dövlət vəsaiti hesabına satın alınması təmin ediləcək.