Filippinin Kabankalan şəhərinin 122 yaşlı sakini uzunömürlülüyün sirri ilə bölüşüb.
Unikal.org “Newsflare” agentliyinə istinadən xəbər verir ki, sənədlərə əsasən, Fransisko Susano(Francisca Susano) 1897-ci il sentyabrın 11-də dünyaya gəlib.
14 uşaq anası olan Susanonun cavanlığında fermada işlədiyi bildirilir. O hesab edir ki, ömrü boyu çoxlu tərəvəz yeməyi və dodaq qarmonunun sayəsində bu qədər yaşayıb. Qadın yunan qabağı, badımcan, kökümeyvəliləri, eləcə də balı sevir və hələ də hər səhər dodaq qarmonunda çalır.
Qeyd edək ki, dünyada ən yaşlı qadın yaponiyalı 117 yaşlı Kane Tanaka hesab olunur.