Nazir Mətbuat Xidmətinin rəhbərini təbrik etdi

26 İyul 2013 14:03 (UTC+04:00)

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmrinə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının məsləhətçisi, Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov "Fəxri fərman"la təltif edilib. 

Mövqe.az  xəbər verir ki, M.Əmirov 22 iyul – Milli Mətbuatın yaranmasının 138 illiyi münasibəti ilə səmərəli fəaliyyətinə görə təltif olunub. "Fəxri fərman" sahibinə bu gün nazirlikdə keçirilən kollegiya iclasında təqdim edilib. 


Məlumat üçün bildirək ki, M.Əmirov, eyni zamanda, nazirliyin rəsmi orqanı olan "Rabitə dünyası" qəzetinin və "ICTnews.az" elektron xəbər xidmətinin baş redaktorudur.