Messi "Barselona"nın futbolçularını tənqid etdi

17 İyul 2020 10:09 (UTC+04:00)

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi komanda yoldaşlarını tənqid edib.

Mövqe.az yerli mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu La Liqanın XXXVII turunda evdə "Osasuna"ya 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərə açıqlama verib. 

Argentinalı forvard azarkeşlərə sevinc bəxş edə bilmədiklərini söyləyib. Kapitan bu səbəbdən, fanatların səbrinin tükəndiyini bildirib: "Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparmaq istəyiriksə, düşüncəmizdə çox şey dəyişməlidir. İşlər bu şəkildə davam edəcəksə, "Napoli"yə uduzacağıq".

Qeyd edək ki, "Real Madrid" La Liqada 2019/2020 mövsümünün qalibi olub. "Barselona" avqustun 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında evdə İtaliya "Napoli"sini qəbul edəcək. Neapoldakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.