Ötən illə bu ilin məzunlarının qəbul imtahanlarındakı göstəriciləri açıqlandı

26 İyul 2013 14:35 (UTC+04:00)

 Ali məktəblərə keçirilən I və III ixtisas qrupu üzrə qəbul imtahanlarında bu ilin və əvvəlki illərin məzunları fərqli nəticələr göstəriblər. Movqe.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında I və III qruplar üzrə keçirilən imtahanlarda əldə olunan nəticələrin statistikasını açıqlayıb. Onun sözlərinə görə, III qrup üzrə keçirilən qəbul imtahanlarında bütövlükdə 35519 abituriyent (100%), iştirak edib ki, onlardan 20453 nəfəri (100%) bu ilin, 15066 nəfəri (100%) isə bu ilki illərin məzunlarıdır. Onun sözlərinə görə, III qrupda 3543 nəfər bu ilin (22,1%), 4288 nəfər əvvəlki illərin (36,45%) məzunları 0-100 bal, 3367 nəfər (21,01%), 3619 nəfər (30,76%) 100-200 bal, 2807 nəfər (17,51%), 1877 nəfər (15,95%), 200-300, 4440 nəfər (27,70%), 1806 nəfər (15,35%) n300-500 bal, 1346 nəfər (8,4%), 159 nəfər (1,35%) 500-600 bal, 526 nəfər (3,28%), 16 nəfər (0,14%) 600-700 bal toplayıb.

 I ixtisas qrupunda 35519 nəfər imtahan verib, onlardan 20453 nəfər bu ilin, 15066 nəfər isə əvvəlki illərin məzunlarıdır. Bu ilki ilin məzunlarından 7658 nəfər (37,44%), əvvəlki illərdən isə 10958 nəfər (72,73%) 0-100 bal, 4723 nəfər (23,09%), 2866 nəfər (19,02%) 100-200 bal, 3413 nəfər (16, 69%), 886 nəfər (5,58%), 200-300, 3471 nəfər (16,97%), 342 nəfər (2,27%) 300-500 bal, 820 nəfər (8,01%), 11 nəfər (0,07%) 500-600 bal, 368 nəfər (1,80%), 3 nəfər (0,02%) 600-700 bal toplayıb.