Sumqayıtda psixi xəstə qoca kişini öldürdü

20 İyul 2020 10:25 (UTC+04:00)

İyulun 19-da Sumqayıt şəhəri ərazisində 1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin ediluib.

İstintaqla psixi xəstəlikdən əziyyət çəkən 1984-cü il təvəllüdlü Aydın Rzayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.