Şəhzadə Harri balaca şəhzadə haqda danışdı

26 İyul 2013 17:41 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərə Şahzadəsi Harri İngiltərə taxtı əsnasında özünü 4-cü sıraya salan böyük qardaşının Uilliamın körpsi Şahzadə Corc ilə əlaqədar ilk dəfə danışıb. Körpə doğulmazdan əvvəl taxtı əsnasında 3-cü olan 28 yaşındakı Şahzadə Harri, körpənin doğumundan sonra taxt əsnasında bir sıra gerilədikdən sonra, "Ümid edirəm qardaşım körpə baxıcılığı qiymətimin nə qədər yüksək olduğunun fərqindədir" deyib. İngiltərədə bir AIDS dərnəyinin təşkil etdiyi sərgidə mətbuat mənsublarına danışan Şahzadə Harri, "Körpənin yaxşı yetişdirildiyinə əmin olacağam, onu başına gələ biləcək bütün zərərlərdən qoruyaraq yaxşı vaxt keçirib, əylənməsini təmin edəcəyəm" deyib. Qardaşı oğlu Şahzadə Corc ilə tanışlıqlarını izah edən Şəhzadə Harri "Onu ilk dəfə  görəndə ağlayırdı" deyib. Jurnalistlərin körpənin kimə bənzədiyi ilə əlaqədar soruşduğu suallara isə, "Hələ dörd günlükdür, ona görə bir şey söyləmək üçün çox tezdir deyə cavab verib.