Növbəti qəbul imtahanları nə zamandır? - Rəsmi

20 İyul 2020 17:48 (UTC+04:00)

Avqustun ikinci yarısından sonra növbəti qəbul imtahanları keçiriləcək.

Mövqe.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Bu imtahanlar 4 gün təşkil olunacaq. Lakin dəqiq tarix demək mümkün deyil. İmtahanların keçirilməsi epidemioloji vəziyyətdən asılıdır. Abituriyentlər, valideynlər narahat olmasınlar, bu imtahanlar keçiriləcək", - o bildirib.