İcazə saatlarının hissələrə bölünməsi... - Açıqlama

20 İyul 2020 17:55 (UTC+04:00)

Bu gün icazə saatlarının hissələrə bölünməsi imkanı yoxdur.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"İcazə sisteminin məqsədi insanların təmasını azaltmaqdır. Biz bu icazəni bölməklə, məqsədimizə nail ola bilmərik. Əgər yoluxmanın qarşısını almaq istəyiriksə, bu 3 saatın bölünməsi düzgün olmaz".