Yoluxmalarda artım gözlənilir - Rəsmi

20 İyul 2020 18:18 (UTC+04:00)

Yoluxma statistikasında hazırda müsbət dəyişiklik var.

Mövqe.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Yoluxmalarda artım gözlənilir, lakin hələ ki, biz bunu görmürük. Çünki virusun müəyyən inkubasiya dövrü var. Unutmayaq ki, koronavirus realdır, mövcuddur. Buna görə də ətrafımızdakı insanları qorumalıyıq", - o bildirib.

Şahmar Mövsümov əlavə edib ki, yas mərasimlərinə gələn insanlara məhdudiyyət qoyulması düzgün olmaz:

"Lakin sosial məsafənin qorunması vacibdir. Böyük yas mərasimlərinin keçirilməsi düzgün deyil. Dünya ölkələrində kişilər daha çox yoluxursa, bizdə əksidir. Çünki bizdə yas mərasimlərində qadınlar daha çox iştirak edirlər. Buna görə də xahiş edirəm ki, yeni reallığı dərk edib, riskləri nəzərə alaq".