Ermənistanda koronavirusdan ölənlərin sayı 662 nəfərə çatıb

21 İyul 2020 11:16 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 35 254 nəfərə çatıb.

Mövqe.az-a erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 273 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 12 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 662 nəfər koronavirusdan ölüb.