Sənətdən ayrılmasının səbəbi bilindi

26 İyul 2013 21:11 (UTC+04:00)

Bir müddət əvvəl mətbuata açıqlamasında təhdid olunduğunu bildirən rəqqasə-müğənni Sevda Sanəliyevadan xəbər var.


Axşam.az-ın məlumatına görə, rəqqasə mövzuyla bağlı geniş açıqlama verəcəyini desə də, sonradan susmaq qərarına gəlib.


O bildirib ki, bu sözləriylə bəzi insanlardan qorxmadığını göstərmək istəyib:


"Məni şantaj edirdilər, hədələyirdilər. Mən də sözümü sosial şəbəkə vasitəsilə dedim.  Əgər yenidən davam etsələr, bu dəfə susmayacam, şikayət edəcəm. Bir müddətdir ki, sakitləşiblər. Onların kimliyini hələ ki, açıqlamaq istəmirəm".


Sevdanın sözlərinə görə, sənətdən ayrılmasının səbəbi məlum söz-söhbətlər yox, anasının səhhətiylə bağlıdır:


"O, çox ağır xəstədir. Müalicənin xeyri yoxdur. O dərəcədə pisdir ki, əməliyyata da icazə verilmir. Başım ona qarışdığından sənətdən uzaqlaşmışam".