Sumqayıtda evdən meyit tapıldı

22 İyul 2020 17:02 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Səfiyev Qadir Cəmil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.