La Liqada mövsümün futbolçusu seçildi

24 İyul 2020 16:13 (UTC+04:00)

Real Madrid-in futbolçusu Kasemiro İspaniya La Liqasında mövsümün ən yaxşısı futbolçusu seçilib.

Goal.az xəbər verir ki, braziliyalı topla davranmaqda hamını üstələyib.

Məlumata görə, yarımmüdafiəçi mövsüm ərzində iştirak etdiyi 35 oyunda 294 düzgün ötürmə edib

Kasemiro yalnız Athletic, Mallorca və Valencia ya qarşı oyunlarda meydanda olmayıb. O, çıxış etdiyi görüşlərdə 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Real 2019-20 mövsümündə La Liqa çempionu olub.