Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib

29 İyul 2013 13:23 (UTC+04:00)

Azərbaycan Milli Ordusunun əsgəri tabeliyindəki avtomat silahdan ehtiyyatsız davrandığına görə dünyasını dəyişib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində əsgər, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.