Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu

24 İyul 2020 17:02 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mövqe.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.