Azərbaycanda hakimiyyət legitim hal daşıyır
29 İyul 2013 14:39 (UTC+04:00)
"Bizim tətbiq etdiyimiz mojaritar (təkmandatlı) seçki sistemi
Azərbaycan mühiti üçün daha düzgündür. Proporsional isə qarışıq
şəkildədir".Bunu dairə seçki komissiyaları (DSK) sədrləri üçün
seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda "Siyasi partiyaların və
siyası partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının
hüquqi əsasları" mövzusunda çıxışı zamanı Milli Məclisin sədrinin
birinci müavini Ziyafət Əsgərov bildirib.Onun sözlərinə görə,
vətəndaş siyahıya səs verəndə, buradakı şəxslərin hamısına səs
verməyə məcbur olur: "Vətəndaşı məcbur edirik ki, istədiyi adamla
yanaşı, istəmədiyi şəxslərə də səs versin. Bu, birbaşa səsvermə
prosesidir. Proporsional sistem isə buna imkan vermir. Belə
vəziyyət həm Konstitusiyamızın müvafiq müddəalarını da pozur".
Z.Әsgərov Seçki Məcəlləsindən irəli gələn müddəalar haqda da
danışıb: "Bizdə seçkilər sərbəstdir. Seçkiyə gələ də bilər, gəlməyə
də bilər. Bu onun hüquqdur, vəzifəsi deyil. Amma bəzi ölkələrdə
seçkiyə gəlməyənlər cərimə olunur. Hətta bu davamlı olarsa məsələyə
cinayət tərkibli hal kimi baxırlar. Azərbaycanda isə buna ehtiyac
yoxdur. Çünki Azərbaycan vətəndaşı siyasi cəhətdən
fəaldır.Azərbaycan Konstitusiyasında siyasi partiyaların birləşməsi
nəzərdə tutulmayıb. Bu məsələ "Siyasi partiyalar haqqında" qanunla
tənzimlənir.Azərbaycanda seçicilər tam iştirak etdiyinə görə,
hakimiyyət legitim hal daşıyır. Bəzi Avropa ölkələrində seçkiləri
siyasi barometr də adlandırırlar".