Yaxin Şərqdəki sülh danışıqları Vaşinqtonda davam edəcək

29 İyul 2013 14:39 (UTC+04:00)

ABŞ Dövlət Departamenti İsrail və Fələstin nümayandələrinin sülh danışıqlarının bərpası üçün bazar ertəsi Vaşinqtonda bir araya gələcəyini bəyan edib. 2010-cu ildən dayandırılmış danışıqları bərpa etmək üçün ABŞ Dövlət Katibi Con Kerri aylardır məsələ ilə bağlı olaraq iki tərəf arasında vasitəçi rolunda çıxış edir.

Eyni zamanda artıq İsrail 100-dən çox fələstinli məhbusun azadlığa buraxılması barədə məlumatı təsdiqləyib. İsrail Hökumətində gərginliyə səbəb olan bu qərar mərhələli şəkildə həyata keçiriləcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki ilkin danışıqların bazar ertəsi axşamdan başlayaraq çəənbəaxşamına qədər davam edəcəyini qeyd edib. O bildirib ki, cənab Kerri İsrail baş naziri Benyamin Netanyahu vəFələstin dövlət başçısı Mahmud Abbas iləbazar günü danışıqlar zamanı razılıq əldə edib.Tərəflərin danışıqların ilkin mərhələsində"Gələcək aylarda prosesdəirəliləyiş əldə etmək üçün həyata keçiriləcək proseduralar"barədədanışacaqlari gözlənilir. İlkin mərhələ2 tərəf arasındaki "tikanli" məsələlərin həllinə dair deyil, müəyyən bir qrafikə uyğun qurulacaq.

Toxunulacaq ən önəmli məsələlərə Qərb sahilindəki İsrail məskunlaşmaları , Qüdsün statusu vəFələstin qaçqınlarının talehi daxildir.2010-cu il sentyabr ayından etibarən Beynəlxalq Hüquqa zidd olan İsrail məskunlaşmaları məsələsi bir başa danışıqlara son qoymuşdur. Cənab Kerri müsahibəsindəqeyd edib "Hər iki liderin çətin qərarlar qəbul etmə istəyi bu nöqtəyə gəlib çatmağa vasitə olmuşdur. Biz onların rəhbərliyi üçün minnətdarıq"

Qeyd edək ki, 5 ay müddətdir ki Dövlət Katibi vəzifəsində olan cənab Kerri danışıqların yenidən başlanmasi üçün bölgəyə 6 dəfə səfər etmişdir.Bugünkü bəyanatda bunun irəliyə doğru atılan böyük bir addım olduğu bildirilir.Lakin bir çox mənbədə bunun ilkin mərhələ üçün sevindirici hal olsada eyni zamanda bunların "danışıq üzərinə danışıq" prinsipinə əsaslandığı vurğulanır.

Bazar günü erkən saatlarda İsrail Nazirlər Kabineti Fələstinli məhbusların azadliği barədə qərarı 7-ə qarşı 13 səslə qəbul edib.Uzun müddətdir saxlanılan 104 Fələstinli məhbus sülh prossesindəki irəliləyişlərlə əlaqədar olaraq bir neçə ay ərzində 4 mərhələdə azadlığa buraxılacaq.

İsrail baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetində fikir ayrılıqlarına görə 1 saat gec başlayan iclasdan qisa müddət əvvəl müsahibə verib "Bu an mənim üçün, Kabinetdəkilər üçün, xüsusi ilə yaxınlarını itirmiş ailələr üçün asan deyil. Onların duyğularını anlıyıram. Lakin bəzən elə anlar vardır ki xalqın rifahı naminə çətin qərarlar qəbul edilir və bu o anlardan biridir."

Nazirlər Kabineti eyni zamanda Fələstinlilərə ərazi güzəştləri barədə referendum altında hər hansi sülh müqaviləsinin hazırlanması barədə qanun lahiyyəsini təsdiq edib. Cənab Netanyahunun ofisi belə bir tarixi qərarda hər bir vətəndaşın bir başa iştirakının əhəmiyyətli olduğunu vurğulayıb.