Məzahir Pənahov Prezident seçkiləri ilə bağlı açıqlama verib

29 İyul 2013 15:16 (UTC+04:00)

Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi günlə bağlı avqustun 2-də yekun qərar veriləcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.


Onun sözlərinə görə, bununla bağlı avqustun 2-də Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.


Mərkəzi Seçki Komissiyasının iclasında prezident seçkilərinin oktyabrda hansı gün keçiriləcəyi barədə qərar veriləcək.