Bakıda bir neçə gecə klubunun sahibi vəfat edib

28 İyul 2020 12:22 (UTC+04:00)

Tanınmış iş adamı Füzuli Fərəcov vəfat edib.

Mövqe.az musavat.com-a istinadən xəbər verir ki, iş adamı bu gün səhər saatlarında dünyasını dəyişib.

Məlumata görə, uzun müddətdir diabet xəstəsi olan F.Fərəcov bu gün dünyasını dəyişib.

Xatırladaq ki, F.Fərəcov "Mohito" və "Paradise" və daha bir neçə gecə klublarının, Novxanıdakı "Kalyon" restoranının sahibidir.

Onu da qeyd edək ki, F.Fərəcovun adı 2017-ci ildə oğlunun lüks avtomobillə piyadanı vuraraq öldürməsi ilə gündəmə gəlmişdi.

F.Fərəcovun oğlunun "Porsche" ilə qəza törədən zaman 14 yaşı var idi.