Koronavirus xəstələrində ölüm riskini artıran dərman - DİQQƏT!

28 İyul 2020 14:15 (UTC+04:00)

Amerikalı alimlər koronavirus xəstələrində ölüm riskini artıra biləcək dərmanı açıqlayıb. Mütəxəssislərin fikrincə, xora, qastrit və mədə yanmasına qarşı istifadə edilən məşhur dərmanlar xəstələrin vəziyyətini pisləşdirə bilər. Tədqiqatlar göstərir ki, COVID-19 olan və bu cür dərman qəbul edən insanlar arasında ölüm halları bu cür dərmanlar istifadə etməyənlərlə müqayisədə 2,3 dəfə çoxdur.

Mövqe.az xəbər verir ki, bu xəstələrdə süni nəfəs aparatına qoşulma riski də 2,5 qat artıb. Rusiyalı qastroenteroloqların fikrincə, buna səbəb bu cür dərman qəbul edərkən xlor turşusunun səviyyəsinin aşağı düşməsidir. Bu da öz növbəsində mədənin müdafiə funksiyasının azalmasına və bağırsaq mikrobiotasında dəyişikliklərə səbəb olur. Beləliklə, viral hissəciklər insan orqanizminə selikli qişalar vasitəsilə daha fəal şəkildə nüfuz edir və xəstəliyi ağırlaşdırır.

Xatırladaq ki, iyul ayının əvvəlində Çindən bir qrup alim koronavirus infeksiyası nəticəsində ölüm riskini artıran vacib amillərdən biri kimi qanda şəkər səviyyəsinin yüksək olmasını göstərmişdi. (publika.az)