Rusiyada koronavirus vaksininin 26 variantı hazırlanır

28 İyul 2020 14:39 (UTC+04:00)

Rusiyada hal-hazırda koronavirus vaksininin 26 variantı hazırlanır.

Mövqe.az-ın məlumatına görə, bu barədə Rusiya İstehlakçılarına Hüquqlarının Müdafiəsi və Rifah sahəsində Federal Nəzarət Xidmətinin məruzəsində deyilir.

Məruzəyə əsasən, vaksin növlərinin hazırlanması ümumilikdə 17 elmi müəssisədə keçirilir.

 

Qeyd olunur ki, bu günədək bir vaksinin insanlar üzərində kliniki sınaqları keçirilib.