Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxdu, 631 nəfər sağaldı, 7 nəfər öldü

28 İyul 2020 15:40 (UTC+04:00)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.