Rusiyada iki yük qatarı toqquşub

28 İyul 2020 18:41 (UTC+04:00)
Rusiyanın Sankt-Peterburq şəhərində iki yük qatarı toqquşub. Mövqe.az-ın məlumatına görə, qəza nəticəsində üç lokomotiv və boş vaqon relslərdən çıxıb, dəmir yolunun bir hissəsinə ciddi ziyan dəyib. Hadisə nəticəsində qatarlardan birinin maşinisti xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.