Bakıda sexdən pul oğurlandı

29 İyul 2020 13:35 (UTC+04:00)

Bakıda avtomobillərin təmiri sexində oğurluq hadisəsi baş verib.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki avtomobillərin təmiri sexlərinin birindən 1 600 manat pul oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.