Məktəblilər yeni asteroid kəşf ediblər

29 İyul 2020 21:12 (UTC+04:00)

Hindistanlı 14 yaşlı iki məktəbli qız - Vaydehi Vekariya və Radhika Lahani yeni asteroid kəşf ediblər.

“Report” xəbər verir ki, bu barədə məlumatı Hindistanın Kosmik Təhsil İnstitutu - “Space” yayıb.

Bildirilib ki, qızlar asteroidi Havay adalarındakı təkmilləşdirilmiş “Pan-STARRS” teleskopu vasitəsilə aşkarlayıblar.

Qeyd olunub ki, hazırda asteroid Mars planetinin yanındadır, ancaq əvvəl-axır Yer kürəsinə yaxınlaşacaq.