Bakıda mənzildən meyit tapıldı

30 İyul 2020 10:38 (UTC+04:00)

Bakıda mənzildə ölüm hadisəsi baş verib.

Mövqe.az-ın xəbərinə görə, hadisə iyulun 29-da Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Belə ki, həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Oleq Spridonovun üzərində zorakılıq əlaməti görünməyən meyiti aşkarlanılıb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.