Bakıda qadına əzab verən şəxsin məhkəməsi başlayır

30 İyul 2020 14:09 (UTC+04:00)

Bakıda qadına əzab verməkdə təqsirləndirilən Saleh Şahmarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mövqe.az xəbər verir ki, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Fərid Əmirəliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə mart ayında baş verib.

Zərərçəkmiş A.T-yə qarşı cinayətdə təqsirləndirilən S.Şahmarova Cinayət Məcəlləsinin 133.1-ci (mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham verilib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın yaydığı məlumata görə, qadın uşaqlarının gözü önündə döyülüb.