“Azərişıq” Qurban bayramında da gücləndirilmiş rejimdə işləyəcək

30 İyul 2020 16:41 (UTC+04:00)

Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirilib.

Bunu Mövqe.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu bildirib. 

Məlumatda deyilir k, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq ilk gündən etibarən “Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Həmçinin  Qurban bayramı günlərində də istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün  bütün ölkə üzrə qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin abonentlərimiz bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

"Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrmizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş  təklif və şikayətlər dərhal icraya yönəldilir. İstehlakçı məmnuniyyəti əsas hədəfimizdir. Bir daha xalqımızı və bütün müsəlman aləmini Qurban bayram münasibəti ilə təbrik edirik!" - qurum bəyan edib.