Büdcədən hərbçilərə ev kirayəsi haqqının ödənilməsinə əlavə vəsait ayrılacaq

31 İyul 2020 17:30 (UTC+04:00)

Bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün dövlət büdcəsindən əlavə 9,1 milyon manatın ayrılması nəzərdə tutulub.

Mövqe.az xəbər verir ki, bu, “2020-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.