Moskvada son sutkada koronavirusdan daha 13 sakin ölüb

1 Avqust 2020 09:22 (UTC+04:00)

 

Rusiyanın paytaxtı Moskvada sutka ərzində koronavirus infeksiyasına yoluxan daha 13 nəfər ölüb.

Mövqe-nin məlumatına görə, bu barədə paytaxt koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahından bildirilib.

Ümumilikdə paytaxtda koronavirusa yoluxanların sayı 241 359-a yüksəlib, 4 473 nəfər ölüb, 179 168 nəfər sağalıb.