ABŞ-da təyyarə qəzası

1 Avqust 2020 10:30 (UTC+04:00)

ABŞ-ın Soldotna şəhərində (Alyaska ştatı) iki kiçik təyyarə toqquşaraq qəzaya uğrayıblar.

Mövqe-nin məlumatına görə, bu barədə ölkənin Federal aviasia idarəsi xəbər yayıb.

"Havilland DHC-2" и "Piper Aztec" təyyarələri aerodromnan 3.2 kilometr şimal-şərqdə toqquşublar. Ölən və yaralananlar var, lakin onların dəqiq sayı məlumatda verilmir.

Qurbanlar araslnda Respublikaçılar partiyasının üzvü konqresmen Qeri Knopun olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.