Sərt karantin ləğv olundu, lakin... - Rəsmi

3 Avqust 2020 18:15 (UTC+04:00)

Sərt karantin rejimi aradan qaldırılır, lakin 31 avqusta qədər xüsusi karantin rejimi tətbiq olunur.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

O qeyd edib ki, həftəsonu insanların bir araya toplaşması halının qarşısını almaq üçün ictimai nəqliyyatın fəaliyyətində məhdudiyyətlər tətbiq olunur.