Sentyabrda dərslər başlayacaq? - Rəsmi

3 Avqust 2020 18:34 (UTC+04:00)

Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub və məktəblərin yeni təhsil ilində açılması müzakirə olunur.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Burada digər ölkələrin təcrübəsi müzakirə edilir. Digər ölkələrin tətbiqləri nəticəsində əldə olunan qənaətlərə baxılacaqdır", - o bildirib.